logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Kovsar Bank
Bank Melli Iran
Parabank
Central Bank
United Credit Bank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Parabank


Ad:
"Parabank" ASC 
Ünvan:
Azərbaycan, AZ1000,Bakı, Səməd Vurğun küç., 60 
İdarənin sədri:
Vəli Quliyev 
Lisenziyasının nömrəsi:
47 
Telefon:
(+994 12) 447 10 00 
Faks:
(+994 12) 493 08 82 
E-mail:
Veb sayt:
Bank haqqında məlumat:

«Parabank» Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qocaman banklardan biri olaraq qalır. Hesabat dövrü ərzində bank ümumi sistemdə öz qabaqcıl yerini qoruyub saxlamaqla inkişafa doğru yolunu qoruyub saxlamaqla inkişafa doğru yolunu davam etdirmişdir.

2005-2007-ci illər üçün tərtib olunmuş strateji plan bankın artım tempinin sürətləndirilməsini nəzərdə tutur. Мüştəri məmnunluğunu əsas götürən bankın işçi heyəti bu yolda axtarışlarını davam etdirir, yeni bank məhsullarının işlənib hazirlanması, geniş əhali kütləsi ilə əlaqələrin genişləndirilməsi, bank servis xidmətinin təkmilləşdirilməsi istiqamətində real addımlar atır. Regionlarda bank xidmətinin inkişafı məqsədilə 2004-cü ildə Quba şəhərində bankın yeni filialı üçün binanın inşası başa çatdırılmışdır. Növbəti ildə daha üç regionda filial binalarının tikilməsi nəzərdə tutulmuşdur.

Bankdaxılı iş proseslərinin təkmilləşdirilməsi sahəsində maddi - texniki bazanın, informasiya - texnologiyası vasitələrinin yeniləşdirilməsi, iş sistemlərinin avtomatlaşdırilması sahəsində «Parabank» dа real yeniliklərə nail olunmuşdur. Bankın ən böyük beynəlxalq partnyoru olan Alman - Azərbaycan Fondu ilə əməkdaşlıq 2004- cü ildə daha da müvəffəqiyyətlə davam etmişdir. Bank partnyorlarla bağlanmış çərçivə müqaviləsi əsasında bütün öhdəliklərini yerinə yetirmişdir. 2004-cü ildə «Parabank» beynəlxalq əlaqələrini gücləndirmək məqsədilə bir neçə beynəlxalq maliyyə institutları ilə işgüzar münasibətlər yaratmışdır. Аvropa Yenidənqurma və İnkişaf Bankı, Аsiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiya ilə münasibətlər buna misal ola bilər. «Parabank» universallığını saxlamaq şərtilə «retail banking» istiqamətində inkişaf yolunu öz qarşısına məqsəd qoymuşdur.

"Parabank" Azərbaycanın köhnə banklarından biridir. Bank 1991-ci ildə kommersiya bankı kimi yaradılmışdır. 1993-cü ildə səhmdır kommersiya bankına çevrilmişir. "Parabank" respublikanın ən qabağcıl və stabil banklarının sırasındadır. Bank fəaliyyət göstərdiyi zaman ərzində Azərbaycanın Milli Bankının hesabat formaları, kapitalın adekvatlığı üzrə normativ tələblərinə dəqiqliklə əməl etmişdir. Bank əhalinin etibarını qazanmışdır və daim bank məhsullarının yeni növlərinin axtarişindadır. Bankın regional proqramı səmərəli işləyir. Regionlarda fəaliyyət göstərən üç filialın sıralarına (Sumgayit, Gəncə və Beylagan) bu il Quba filialıda daxil olacaq. Bu filial banka respublikada keçirilən kənd təsərrüfatı proqramlarında aktiv iştirak etmək üçün şərait yaradacaq. Bankın fermer təsərrüfatlarının kreditləşdirilməsi sahəsində kifayət qədər təcrübəsi var. Ilk dəfə "Parabank" risk edib Beylaqanda və ona yaxin olan regionların kəndlərində əhaliyə heyvandarlığın inkişafı üçün "girovsuz" kredit vermişdir. 2004-cü ilin avqust ayından xarici konsultantların iştirakı ilə bankda korporativ idarəetmə metodları işlənib hazırlanır. Birgə fəaliyyət nəticəsində 2005-2007-ci il üçün yeni strateji inkişaf planı tərtib edilib və təsdiq olunmuşdur. Bu plana əsasən bank universallığını qoruyaraq retail-banking sisteminin inkişafına xüsusi diqqət yetirəcək.

14 il ərzində lazimi qədər əldə edilmiş təcrübəyə arxalanaraq bankın müdriyyəti hesab edir ki, məhs bu istiqamətdə bank rəqabətə davamlıdır. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq uğurla davam edir. 2004-cü ilin və cari ilin birinci kvartalının yarısının yekunlarına görə "Parabank" 6 bank içərisində Alman-Azərbaycan Fondunun vəsaitlərinin yerləşdirilməsi üzrə liderdir. Əlavə mənbələrin axtarılması məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Bankı və digər məhşur potensial investorlarla danışıqlar davam edir. Eyni zamanda bank respublikada baş verən iqtisadi hadisələrdən kənarda qalmır. "Parabank" bank-operator kimi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun proqramında iştirak etmişdir. Strateji planı həyata keçirərək bank daim idarəetmə və xidmət metodlarını təkmilləşdirir. Bankın missiyası: "Parabank"ın sahibkar münasibətli heyəti - müştərilərin və investorların məmnunluğunun qarantıdır.

 
Depozitlər:
 
Xəbərlər:  
07 dekabr 2009
23 noyabr 2009
10 noyabr 2009
21 oktyabr 2009
14 sentyabr 2009
Geri
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!