|
Oktyabr ayından etibarən “Yunayted Kredit Bank”ın bankomatları kommunal xidmətlərə və telefon rabitə xidmətlərinə görə hesabların ödənilməsini həyata keçirir. Artıq müştərilər plastik kart vasitəsilə bu bankomatlardan elektrik enerjisindən, təbii qazdan istifadəyə və digər kommunal xidmətlərə görə, həmçinin Aztelekom və mobil rabitə operatorlarının (Azercell, Bakcell, NarMobile) xidmətlərinə görə hesablarını ödəyə bilərlər. Xidmətin istifadəyə verildiyi birinci ay ərzində bankomatların bu yeni imkanından istifadə edənlərin sayı artmaqdadır. Onların arasında telefon xidmətlərinə görə ödəniş həyata keçirənlər xüsusi yer tutur. Yeni xidmət mobil telefon abunəçilərinə həmçinin bankomatlar vasitəsilə balanslarını artırmaq imkanı verir. Kommunal və rabitə xidmətlərinin ödənişi günün istənilən vaxtında “Yunayted Kredit Bank”ın istənilən bankomatı vasitəsilə həyata keçirilə bilər. Bu da müştərilərin vaxtlarına qənaət olunmasını təmin edir. Yerinə yetirilən hər əməliyyat üçün bankomat tərəfindən ödənişi təsdiqləyən çek verilir. Ödənişləri həyata keçirərkən müştəridən komissiya tutulmur. |