|
Fitch Ratings agentliyi AccessBank-ın reytinqini dəyişməz saxlayaraq onun əvvəlki səviyyədə qaldığını təsdiqlədi – bu, Azərbaycan üçün nəzərdə tutulmuş ən yüksək reytinqdir. Fitch emitent defoltunun uzunmüddətli reytinqini «Sabit» proqnozla «ВВ+», emitent defoltunun qısamüddətli reytinqini «В», fərdi reytinqini «D/E», dəstək reytinqini «3», emitent defoltunun uzunmüddətli reytinqi üzrə proqnozunu isə «sabit» səviyyədə təsdiq etdi. Azərbaycanın öz reytinqi «ВВ+» səviyyəsindədir və təşkilatın reytinqi ölkənin reytinqindən yüksək ola bilmədiyindən, AccessBank-ın reytinqi Azərbaycanda mümkün olan ən yüksək səviyyədə müəyyən edilib. Yüksək reytinq bankın beynəlxalq səhmdarlarının güclü strukturu, eləcə də risk idarəçiliyi sayəsində müəyyən olunub. AccessBank-ın emitent defoltunun uzunmüddətli reytinqinin təsdiqlənməsi, bankın səhmdarları olan beynəlxalq maliyyə təşkilatları tərəfindən zəruri hallarda yardım göstəriləcəyi ehtimalının yüksək olması barədə Fitch agentliyinin rəyini əks etdirir. Həmin təşkilatlar KfW İnkişaf Bankı («AAA»; payı 20%), Avropa Yenidənqurma və İnkişaf Bankı («AAA»; 20%) və Beynəlxalq Maliyyə Korporasiyasıdır («AAA»; 20%). AccessBank-ın fərdi «D/E» reytinqi onun nisbətən mükəmməl qaydada kapitallaşdırılması, kreditlərin qiymətdəndüşmə səviyyəsinin bu gün son dərəcə aşağı olması, eləcə də müddətlər və kreditorlar üzrə diversifikasiyalaşdırılmış xüsusi mikromaliyyələşdirmə fondları tərəfindən sabit şəkildə fondlaşdırılması ilə əlaqədar təkrar maliyyələşdirmə riskinin cüzi olması sayəsində qorunub saxlanılır. Reytinqin təsdiqlənməsi ilə bağlı rəyini bildirən AccessBank-ın Baş Meneceri Endryu Pospilovski bildirib: «Beynəlxalq aləmdə Azərbaycanın ən güclü özəl bankı kimi tanınmağımız bizim üçün böyük şərəfdir. Dünya iqtisadiyyatının hazırki ağır şəraitində bu reytinqin dəyişilmədən təsdiqlənməsi bankımızın maliyyə sabitliyinin və etibarlılığının bariz göstəricisidir. Ümid edirəm ki, bu reytinq növbəti dəfə Azərbaycanın hər bir vətəndaşında, AccessBank-ın onların ən etibarlı tərəfdaşı olduğuna əminlik yaradacaq». Fitch Ratings dünyanın aparıcı və ən nüfuzlu reytinq agentliklərindən biridir və bu agentliyin reytinqləri beynəlxalq aləmdə tanınır. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.
|