|
| |
| |
 |
Bank xəbərləri |
|
“Bank Standard”ın “Finala dəvət” kampaniyasının qalibləri məlum oldu (Bank Standard) 05 may 2009
|
|
Mayın 4-də “Bank Standard”ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən məkəzi ofisində “Finala dəvət” kampaniayası çərçivəsində keçirilən lotereyanın qalibləri Həbib Məmmədov, Müşfiq Allahyarov, İlqar İsgəndərov və Marina Manyuta oldular. Onların hər biri UEFA Çempionlar Liqasının Final matçına bilet, o baş bu başa təyyarə bileti və mehmanxanada yerdən ibarət uduş paketi qazandılar. Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında keçirildi. Açıq və şəffaf mühitdə keçən lotereyanın çəkiliş prosesini bir qrup müştəri izləmişdir. Xatırladaq ki, kampaniyada “Bank Standard” tərəfindən buraxılan “MasterCard” və “Maestro” plastik kart sahibləri iştirak edirdilər. Adı kəçilən kartlarla POS-terminal, bankomat, ya da İnternet vasitəsilə azı 50 manat, ABŞ dolları və ya avro məbləğində həyata keçirilən hər tranzaksiya lotereyada iştirak hüququ verirdi. Kampaniya müddəti ərzində həyata keçirilən hər belə tranzaksiya kart sahibinə bir lotereya şansı qazandırıb. Qeyd edək ki, final matçına biletləri “UEFA Champions League 2009”un rəsmi sponsoru “MasterCard” təqim etmişdir. |
|
|
|
Geri...
|
|
|
|
|
| |
 |
Valyuta kursları |
|
|
|
|
|
|
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?
|
|
|