logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Bank Respublika
Transcaucasus Development Bank
AccessBank
Ganjabank
Kapital Bank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

İyun ayının 5-i “Bank of Baku” “Çek-Pot” və “Nümunəvi Müştəri” uduşlu kampaniyalarının növbəti qaliblərini müəyyən edəcək (Bank of Baku)
03 iyun 2009
"Bank of Baku" ASC mütərəqqi bank texnologiyalarının müştərilər arasında istifadəsinin genişləndirilməsi məqsədi ilə yeni, “Çek-pot” adlı uduş kampaniyasına start verdiyi haqqında məlumat vermişdi. Mart ayının ortalarında start götürən “Çek-pot” kampaniyasında 16 mart tarixindən başlayaraq kredit üzrə ödənişləri “Cash-in” ödəniş köşkləri vasitəsilə həyata keçirən müştərilər iştirak edirlər. İyun ayının 5-də tiraj komissiyasının iştirakı ilə keçiriləcək ikinci tirajda may ayının 1-dən iyun ayının 4-nə dək kredit üzrə ödənişləri Cash-in ödəniş köşkləri vasitəsi ilə həyata keçirən müştərilər iştirak edəcək və onlardan 5 müştəri hər biri 100 manat qazanacaqlar. Ümumilikdə isə “Çek-pot” kampaniyasının üç uduşu nəticəsində hər biri 100 AZN qazanmaqla 15 qalib müəyyənləşəcək. Qaliblər kompüterin təsadüfi seçimi ilə bəlli olacaqlar. Kampaniya cari ilin iyun ayının 29-na qədər davam edəcək.

Elə iyun ayının 5-də "Bank of Baku" daha bir uduşlu kampaniya olan "Nümunəvi Müştəri"-nin altınci uduşunu keçirəcək.

Xatırladaq ki, "Nümunəvi Müştəri" kampaniyası bankın 15 illik yubiley ilində növbəti həvəsləndirici aksiyadır. Kampaniya bankda avtomobil, telefon, mebel, kompüter və məişət texnikası krediti olan müştərilərə, həmçinin "Dinamik plus" kart sahiblərinə şamil edilir. Kampaniya 2008-ci ilin 15 dekabr tarixindən başlayıb və 2010-cu ilin 15 yanvar tarixinədək davam edəcək. Bu müddət ərzində "Nümunəvi Müştəri" kampaniyasının 13 uduşu keçiriləcək. Kampaniyanın uduşları hər ayin ilk həftəsinin son iş günündə keçirilir.

Qeyd etmək lazımdır ki, "Nümunəvi Müştəri" kampaniyasının şərtlərinə görə krediti kampaniyanın bu və ya digər uduşunun keçirildiyi vaxta aktiv olmaqla, minimum bir ödənişi olan və ödəniş qrafiki üzrə gecikməsi olmayan bütün müştərilər uduşda iştirak etməklə qazanmaq şansı əldə edirlər.

“Çek-pot” və “Nümunəvi Müştəri” kampaniyalarının uduşunun nəticələri, həmçinin qaliblər haqqında məlumat iyun ayının 8-də elektron KİV-də, 9 iyun tarixində isə "Azərbaycan" qəzetində dərc olunacaq.

“Çek-pot” və “Nümunəvi Müştəri” kampaniyaları və uduşlarla bağlı dolğun məlumatı bankın veb-səhifəsindən (www.bankofbaku.com) əldə etmək olar.

Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!