logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Nikoil Bank
Rabitabank
Ganjabank
Azer-Turk Bank
Amrahbank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

Tədqiqatlar AccessBank-ın müsbət təsirini aşkara çıxardı (AccessBank)
03 iyun 2009
Bu gün AccessBank-ın dərc etdirdiyi müstəqil tədqiqatların nəticələrinə əsasən, AccessBank-dаn maliyyə vəsaitləri almış sahibkarların gəlir səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMMA) tərəfindən hazırlanmış bu hesabat, mikromaliyyənin müştərilərə təsirinin müəyyənləşdirilməsi məqsədi ilə  Azərbaycanda mikromaliyyə müştəriləri ilə aparılmış sorğulara əsaslanır.

    AMMA tərəfindən cari ilin əvvəlində dərc olunmuş ilkin sorğu və hesabatda Azərbaycandakı 2,000 müştəri nümunə göstərilir ki, onlardan yarısı yeni, o biri yarısı isə uzunmüddətli müştərilərdir. Hesabatda, həmçinin, mikromaliyyənin təsirinin qiymətləndirilməsi üçün 2 qrup müqayisə olunur. İlkin hesabatda 2,000 mikromaliyyə müştərisi, o cümlədən AccessBank-ın 336 müştərisi ilə sorğu aparılıb, bu gün dərc olunmuş yeni hesabatda isə AccessBank müştəriləri ilə əlaqədar nəticələr ümummilli miqyaslı nəticələrlə müqayisə olunur.   

Hesabatda göstərilir ki, AccessBank-ın uzunmüddətli müştəriləri olan ailələrin orta gəlir səviyyəsi, yeni müştərilərlə müqayisədə 90% (2,025 AZN müqayisədə 3,800 AZN), biznes gəlirləri isə 120% (5,629 AZN məbləği ilə müqayisədə 12,397 AZN) artıq olub. Gəlirlərin yüksək səviyyədə olması, həmçinin, təhsilə çəkilən böyük xərclərə rəğmən, əmanətlərdən və həyat  keyfiyyətinin yaxşılaşdırılması üçün digər xərclərdən irəli gəlir. Tədqiqatlar sübut edir ki, bu fərq, AccessBank-ın maliyyə fəaliyyətinin Azərbaycanda mikro və kiçik sahibkarların inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini nümayiş etdirir.  

     AccessBank-ın Baş Meneceri Endryu Pospilovski bu hesabatın dərc olunmasını şərh edərək deyib: «Hazırda, bütün dünyada peşəkarlar mikromaliyyənin müştərilərə nə dərəcə təsir edtiyi haqda müzakirələr aparırlar. Bu cür müstəqil tədqiqatlar, AccessBank-ın mikromaliyyə vəsaitlərinin göstərdiyi müsbət təsiri açıq-aydın nümayiş etdirir və sübut edir ki, AccessBank, iqtisadiyyatı diversifikasiya etməklə və yoxsulluğun səviyyəsini azaltmaqla, kiçik sahibkarlığa yardım göstərmək missiyasını tam şəkildə yerinə yetirir.»

    AccessBank-ın Təsirinin Qiymətləndirilməsi haqqında AMMA-nın hesabatı, eləcə də «Azərbaycanda Mikromaliyyələşdirilməsinin Təsirinin və Mikromaliyyə Tədqiqatlarının Sosial Effektivliyinin Qiymətləndirilməsi» ilə AccessBank-ın veb-saytında (www.accessbank.az) tanış olmaq mümkündür.

AMMA 2001-ci ildə yaradılıb və 26 üzvü var – bu üzvlər Azərbaycanda əsas mikromaliyyə təchizatçılarıdır. AMMA-nın missiyası mikromaliyyə institutlarının imkanlarının genişləndirilməsindən və mikromaliyyə ictimaiyyətinin mənafeyinin müdafiəsi yönümündə kollektiv surətdə aparılan əməliyyatlara yardım göstərilməsindən ibarətdir. 

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir. 

Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!