|
| |
| |
 |
Bank xəbərləri |
|
Azərdəmiryolbank və ABŞ-ın Rosemount şirkəti sindikatlaşdırılmış kredit müqaviləsinin icrasını müzakirə etdilər (DemirBank) 09 sentyabr 2009
|
Azərdəmiryolbankda Rosemount Capital Management şirkətinin prezidenti cənab James P. Klatsky ilə görüş keçirilmişdir. Görüşdə Azərdəmiryolbankın İdarə Heyətinin sədri Roman Əmircanov, sədr müavinləri Yusif Cabbarov və Rauf Axundov iştirak etmişlər.
Rosemount Capital Management şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları və yeni layihələr üzrə danışıqlar aparılmışdır. Ötən ilin sentyabr ayında imzalanmış müqaviləyə görə Azərdəmiryolbank Rosemount Capital Management şirkətinin və Portuqaliyanın BANİF bankının iştirakı ilə 16 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb etmişdir. Bu müqavilə çərçivəsində Rosemount Capital Management import və eksport əməliyyatlarının kreditləşdirilməsinə Azərdəmiryolbank üçün 11 mln. ABŞ dolları məbləğində vəsait ayırmışdır.
Qonağa həmçinin Azərdəmiryolbankın bank sektorunda mövqeləri, gələcək planları, Bankda SAP proqramının tətbiqi haqqında da məlumat verilmişdir. Azərdəmiryolbankın fəaliyyəti və qeyd edilən müqavilələrin icrası cənab James P. Klatsky tərəfindən yüksək qiymətləndirilmişdir. Azərdəmiryolbank ilə Rosemount şirkəti arasında əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri də xüsusi ilə qeyd edilmişdir.
“Amerika Birləşmiş Ştatlarının nüfuzlu maliyyə təşkilatlarından olan Rosemount Capital Management şirkəti ilə Azərdəmiryolbank 2007-ci ildən əməkdaşlıq edir və bu əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. Ötən il isə imzalanmış müqavilə bizim üçün müştərilərimizin beynəlxalq ticarət əməliyyatlarını kreditləşdirilməsini genişləndirmək istiqamətində yeni imkanlar yaratmışdır. Biz bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik və bunun üçün lazımı imkanlar mövcuddur”, - deyə Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.
Ölkənin ilk banklarından olan Azərdəmiryolbank 1989-cu ildə fəaliyyətə başlamışdır. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları daxildir. |
|
|
|
Geri...
|
|
|
|
|
| |
 |
Valyuta kursları |
|
|
|
|
|
|
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?
|
|
|