|
“Bank of Baku” ASC bu gün, oktyabr ayının 15-də “Space” telekanalının canlı efirində “Biz Bir Ailəyik” əmanət kampaniyasının sonuncu, beşinci uduşunu keçirəcək. Beşinci uduş çərçivəsində bankın əmanətçiləri həyəcan dolu dəqiqələr yaşayacaqlar, belə ki, kampaniyanın əsas mükafatı - ailənin hər bir üzvünə 10 000 manat – öz sahibini tapacaq. Tamaşaçıların canlı izləyəcəyi uduşda möhtəşəm - “Biz Bir Ailəyik” əmanət kampaniyası çərçivəsində daha 12 qalib-əmanətçi müəyyən ediləcək. Tiraj komissiyasının iştirakı ilə keçiriləcək son uduşda qaliblər kompüterin təsadüfi seçimi vasitəsi ilə müəyyənləşəcək. Seçim əmanət müqavilələrinin 2 və 3-cü bəndlərində qeyd olunan xüsusi identifikasiya kodları əsasında keçirilir. Sonuncu uduşda 10 əmanətçi və onların ailə üzvlərinin hər biri 100 manat, bir əmanətçi və onun ailə üzvlərinin hər biri 1000 manat qazanacaqlar və ən nəhayət, bir xoşbəxt əmanətçi özü daxil olmaqla ailəsinin hər bir üzvünə 10 000 manat qazandıracaq. “Biz Bir Ailəyik” kampaniyasında bu və ya digər uduşun tarixinədək aktiv olan bütün cari əmanətlər və eləcədə ən azı altı ay müddətinə yerləşdirilən, minimal olaraq 500 AZN\EUR\USD məbləğində olan yeni əmanətlərin sahibləri iştirak edəcəklər. Əmanət üzrə faiz dərəcəsi birillik əmanətlər üçün illik 15%-dən, beşillik əmanətlər üçün isə 21%-dək artır. Qeyd edək ki, hər 500 AZN\USD\EUR əmanətçiyə bir uduş şansı verir. Əgər əmanətin məbləği 3500 manatdırsa, əmanətçinin qalib olmaq üçün 7 şansı yaranır. Xatırladaq ki, may ayının 15-də start götürən kampaniya ilə “Bank of Baku” ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi. “Biz Bir Ailəyik” əmanət kampaniyası uduşun tam məbləğini birdəfəlik olaraq qalibin hər bir ailə üzvünə ödənilməsini nəzərdə tutur. Başqa sözlə, əgər uduş zamanı 10 000 manat qazanmış əmanətçinin ailəsi 5 nəfərdən ibarətdirsə, məbləğ 5-ə vurulur və hər bir üzvü 10 000 manat olmaqla, ailə ümumilikdə 50 000 manata sahib olur. Bunu kampaniyanın ismarıcı – “Ailəlikcə qazanın!” birmənalı şəkildə bəyan edir. “Biz Bir Ailəyik” uduşlu əmanət kampaniyası bankın 2009-cu - yubiley ilində müştərilərinə təqdim etdiyi "Bahar Kampaniyası", "Nağd pul", "Faizsiz", “Turizm krediti”, "Tələbə", “İndi Al, Gələn İl Ödə” kredit kampaniyaları, "15 il Boyunca Qazan" uduşlu əmanət kampaniyası və eləcə də "Nümnəvi müştəri" və "Çek-pot" uduş kampaniyaları ilə yanaşı çoxsaylı sürprizlərindən biridir. |