 Oktyabrın 15-də ona zəng gəldi. Zəng edən şəxs onun “Biz Bir Ailəyik” əmanət kampaniyasının qalibi olduğunu və uduşun 40 000 manat təşkil etdiyini deyəndə Taleh heyrət içində donub qalmışdı. Ola bilsin ki, daxilində hər hansı bir uduşa ümid edirdi, amma əsas mükafat haqda düşünməyə belə ehtiyat edirdi. Məbləğ onun üçün həddən ziyadə böyük idi. Lifti gözləməyə hövsələsi çatmadı, ona elə gəlirdi ki, altıncı mərtəbəyə liftdən tez qalxa bilər. Həqiqətən altı mərtəbəni birnəfəsə qət etdi. Bu zaman kəsiyində onun beynində fikirlər fövqəlsürətlə bir-birini əvəzləyirdi. Nəhayət ki onların öz mənzili olacaq. Bəlkə torpaq alıb ev tiksinlər. Artıq uşaqları şəhərin ən yaxşı liseyinə göndərmək olar. Eeh, gərək həyat yoldaşına gül dəstəsi alardı. Görəsən uşaqlar sevincdən nə edəcəklər. Birdən... Sonuncu fikir qorxunc forma almamış, o mənzilin qapısına çatdı və yubanmadan barmağı ağriyanadək zəngi basdı. Nuranə Talehi təngnəfəs və həyəcanlı görcək narahat halda “nəsə baş verib”, deyə soruşdu. “Biz kampaniyada udmuşuq” – Nuranə inanmırdı, Taleh təkrar-təkrar bu sözləri deyirdi. O an Taleh həyat yoldaşını inandırmaq üçün başqa söz tapa bilmirdi. Fikirlərinə, səsinə hakim olmaq müşkülə dönmüşdü. Bir onu deyə bildi ki, ona studiyadan, canlı yayımdan zəng ediblər və birdən tərəddüd içində susdu. Bəlkə səhv olub. Əminlik yox idi. Axı nə o, nə Nuranə “Biz Bir Ailəyik” kampaniyasının uduşunu izləməyiblər. Bəs axşam mobil telefonuna son uduşun bu gün keçiriləcəyi haqda ismarıc gəlmişdi. Ümid ölməmək üçün hər xırda detaldan yapışır, yaşamaq üçün cırmaqlaşırdı. Televizoru qoşdular – uduşdan əsər-əlamət yoxdur. Hər şey qorxunc zarafata bənzəyirdi. Telefon zəngi artıq tarım çəkilmiş əsəblərə mizrab kimi toxundu. Nuranə dəstəyi qaldırdı, rayondan qohumlar zəng edirdi. Otağın sükutunda dəstəydən yağan təbriklər və göz aydınlığı ətrafı bürüdü. Nuranə bu anları belə xatırlayır: “Mən özümü lap itirmişdim. Bunlar həqiqətə oxşamırdı. Hamı birdən-birə dəli ola bilməzdi. Nə dediyimi anlamayaraq mən onların səhv etdiyini bildirdim. Heç nə udmadığımızı söylədim. Dəstəydəkilər isə Talehin səsini tanıdıqlarını deyir, canlı efirdə xırda biznesi və iki qızının olduğunu bildirdiyini söyləyir”.
- Taleh, “Bank of Baku”-ya əmanət yerləşdirmək qərarına nə vaxt gəldiniz?
- Hər şey fevralda başladı. Biz ailəvi oturub “Bank of Baku”-nun “15 il Boyunca Qazan” uduşlu kampaniyasını seyr edirdik. O zaman kampaniyanın qalibi olan xanım 150 000 manat qazandı. Bu bizi çox qanadlandırdı. Biz də bəxtimizi sınamağı düşündük. Hər həftə 10-20 manat ayırıb əmanət üçün yığırdıq. İstəyirdik ki, əmanətimizin məbləği heç olmasa 1000 manat olsun. Heç alınmırdı. Mənim işim bir o qədər də gəlirli iş deyil. Toy maşınları üçün gül dəstəsi hazırlamaqla məşğulam. 800 manatı demək olarsa, qəpik-qəpik yığmışdıq. Axırıncı uduşa bir ay qalmışdı, düşündüm belə getsə, deyəsən əmanət yerləşdirə bilməyəcəyəm. O səbəbdən borc götürdüm, dedim elə 200 manatlıq iş görərəm sonra borcu bağlayaram. Banka gəldim, məlum oldu ki Ramazan Bayramı ilə əlaqədar bank işləmir. Bir neçə gündən sonra gedib depozit açdım. Üç həftədən sonra bəxtimiz güldü.
- Bilirsiniz, şansların ümumi sayı təxminən 100 000 təşkil edirdi, Sizin cəmi 2 şansınız var idi, yəni bəxtiniz belə tez-tez gətirir?
- Əksinə, əvvəllər tez-tez müxtəlif lotereya biletləri alardım, udmaq ümidi ilə bəxtimi sınayardım. Sonra tədricən böyük uduşlardan əlimi üzüb, heç olmasa lotereya biletlərinə verdiyim pulu qaytarmağa razı idim, amma bu da baş vermirdi. Sonda ümumiyyətlə belə oyunlarda iştirakdan imtina etdim. O ki qaldı banka, şəxsən özüm uduş haqda çalışırdım düşünməyim. Deyirdim əsası odur ki, pulumuz etibarlı yerdədir, üstünə faizlər gəlir və s. Bax, indi sizinlə danışıram, özüm fikirləşirəm ki, bəs niyə əmanəti cəmi altı aylıq yerləşdirmişəm. Ola bilsin ki, şüuraltı da olsa, qələbəyə ümid edirdim.
- Məbləğ kifayət qədər böyükdür, yəqin gecəni yatmayıb düşünmüsünüz. Nəyə xərcləmək fikriniz var?
- Bir axşam üçün yetərincə həyəcan və təəssüratlar oldu. Uşaq kimi yatmışdım. Amma uduşu da düşünmüşdük. Həyat yoldaşımla müzakirə etdik. Uşaqlar hədiyyələr sifariş edirdi. Kim it istəyir, kimi oyuncaq. - Gecəni mən yatmamışam – söhbətə Nuranə müdaxilə edir, - əvvəl inana bilmirdim, sonra “barışıb” planlarımızı düşünürdüm. Bəlkə ev aldıq, bəlkə də torpaq alıb özümüz ev tikdik. Hələ dəqiq qərar verməmişik, bəlkə də hələlik uduşu banka yerləşdirdik – bu məbləğin faizləri də yaxşı olar.
- Bu xəbəri necə qarşıladınız?
- (hamı gülümsəyir) Əvvəl danışa bilmədim. Heç bilmirəm həyəcandan “otboy” verdim, yoxsa rabitə kəsildi. İkinci zəng olanda özümü toparlayıb danışdım. Bilirsiniz, çox ziddiyyətli hisslər yaşadım. Bunların səhv olabiləcəyi qorxusu sevinc hissini tam üstələmişdi. Bu dəqiqələrdə tam əminlik gəlib.
- Siz ailənizə minnətdar olmalısınız, onların hesabına uduşunuz dördqat artdı.
- Əlbəttə. İki qızımız var, 2-ci və 4-cü siniflərdə oxuyurlar. Yaxşı oxuyurlar. Onları ən yaxşı liseyə göndərəcəyik. Şükürlər olsun artıq təhsil haqqını ödəmək gücündəyik. Həyat yoldaşım evdar qadındır. Ailəmiz dörd nəfərdən ibarətdir, uduşumuzda ki, 40 000 manat...
- Əmanətçilərə nə arzulayardınız?
- Mən bütün əmanətçilərinizə bizim yaşadığımız o sevinc və həyəcanı arzulayıram. Mən hamıya öz uğurum haqda danışmaq istəyirəm. Biz həmişə uduşlara baxıb özgələrin uğuruna sevinmişik və bir gün özümüzün də udacağımıza inanmışıq. Belə bir gün gəldi. Bu gün biz əminik ki, “Bank of Baku” ən yaxşı bankdır. Bu dəqiqdir. Mən hamıya tövsiyə edirəm, pulunuza bu banka yatırın yüksək faizlər qazanacaqsınız və ən əsası inanın, uğur sizin üzünüzə mütləq güləcək.
- “Bank of Baku”-ya sözünüz var?
- Əlbəttə var... “Bank of Baku”-ya demək istədiklərimi dinləməyə səbriniz çatmaz. Bu bizim həyatımızın uğurudur. Belə uğur həyatda bir dəfə nəsib olur. Mən şadam ki, əziyyətimiz hədər olmadı. Biz bu pulu il ərzində qəpik-qəpik topladıq. Əmanət yerləşdirdik və belə demək olarsa, xoşbəxt bileti çəkdik. Mən xöşbəxtəm. Bizim uğurumuza sevindiyinizi görürük. Hisslərinizin səmimiliyi adamı kövrəldir. Mən xoşbəxtəm ki, sizin banka üz tutmuşam, “Bank of Baku”-nun əmanətçisi olduğumla fəxr edirəm. İnsanlara bəxş etdiyiniz sevincə görə hamınıza minnətdaram. |