|
Bu gün Londonda keçirilən Azərbaycan İnvestisiya Sammitində AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən manatla ilk sintetik kreditin verilməsi haqqında müqavilə imzaladı. Bu sintetik kredit əsasında AYİB AccessBank-a pul vəsaitlərini ABŞ dolları ilə verəcək, amma AccessBank-ın AYİB qarşısındakı borc öhdəlikləri həmin vəsaitlərin AZN ekvivalentində olacaq. Bu, AYİB-nın Azərbaycanda apardığı işlərin yeni mərhələsidir və Azərbaycanın kiçik və orta həcmli sahibkarlarına milli vaytutada verilən kreditlərin sayını artırmaq üçün AccessBank-a şərait yaradacaq, bu isə iqtisadi diversifikasiyaya kömək edəcək. Kredit 10 milyon ABŞ dollarına (8 milyon AZN) ekvivalent məbləğdə, 4 il müddətinə veriləcək. AYİB-in tərkibindəki Maliyyə İnstitutları Biznes Qrupunun Direktoru Nik Teseyman deyib: «Bu, AYİB tərəfindən milli valyuta ilə verilmiş ilk sintetik kreditdir. AccessBank AYİB-n Azərbaycanda ən aparıcı tərəfdaşlarından biridir və AYİB manatla verilən denominasiyalı kredit üzrə bu əhəmiyyətli sövdələşmənin həyata keçirilməsi yolu ilə AccessBank-ın müştərilərinin ehtiyaclarının ödənilməsindən qürur duyur.» AccessBank-ın Baş Meneceri Endryu Pospilovski bu müqavilənin bağlanmasını təqdir edərək deyib: «Manatla verilmiş bu kredit AccessBank-ın daha çox sayda azərbaycanlı biznesmenə milli vayuta ilə maliyyə yardımı göstərməsinə imkan yaradacaq, eləcə də valyuta riskini aradan qaldıraraq kreditlərin manatla qaytarılması ilə əlaqədar müştərilərimizin işini asanlaşdıracaq. Bununla bərabər, valyuta kursundan asılılıq da aradan qalxacaq. Bu Azərbaycanın biznes ictimaiyyəti üçün gözəl yenilikdir.” Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə, yəni Mərkəzi və Şərqi Avropada kommunist rejiminin süquta uğradığı dövrdə yaradılıb. Bu dövrdə postsovet ölkələri demokratik mühitdə özəl sektorun inkişafı üçün yardıma ehtiyac duyurdular. Bu gün AYİB, Mərkəzi Avropadan tutmuş Mərkəzi Asiyaya qədər, 27 ölkədə bazar iqtisadiyyatının inkişafına kömək etmək məqsədi ilə investisiya vəsaitlərindən istifadə edir. AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). «AccessBank» 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir. |