|
| |
| |
 |
Bank xəbərləri |
|
“Bank of Baku” ASC kreditlə alınan avtomobillərin siyahısını genişləndirir (Bank of Baku) 04 fevral 2010
|
“Bank of Baku” ASC 2010-cu ildə Hyundai markalı avtomobillərin alınmasına kredit verilməsi ilə yanaşı, yeni “VOLKSWAGEN”, “KİA” və Rusiya Federasiyası istehsalı olan avtomobilləri üçün də kredit açır. Avtokreditin məbləği 500-50 000 AZN təşkil edir, müddəti, faiz dərəcəsi və əvvəlcədən ödəniş məbləği isə avtomobilin markasından asılı olaraq dəyişir. Hyundai və “KİA” markalı avtomobillərin alışının kreditləşdirilməsi Bank of Baku tərəfindən 12, 24 və 36 ay müddətinə verilir. Hyundai markalı avtomobillərin alışının kreditləşdirilməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 20%-ni, “KİA” markalı avtomobillərin kreditləşdirilməsi üçün isə əvvəlcədən ödəniş avtomobilin dəyərinin minimum 25 %-ni təşkil edir. “VOLKSWAGEN” markalı avtomobillərin alışının kreditləşdirilməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 30 %-ni təşkil edir, avtokredit 12, 24 və 36 ay müddətinə verilir. Bank of Baku Rusiya Federasiyası istehsalı olan aşağıdakı avtomobillərin kreditləşdirilməsini də həyata keçirir: QAZ – 3110, VAZ – 2107, VAZ – 2115 (Lada Samara), VAZ – 2121 (Lada Niva), VAZ – 2172 (Lada Priora – Hatchback), VAZ – 2171 (Lada Priora – universal), VAZ – 2170 (Lada Priora – sedan), VAZ – 1117 (Lada Kalina). Kredit 6, 12 və 18 ay müddətinə verilir. Ilkin ödəniş avtomobilin dəyərinin minimum 30 %-i təşkil edir. Kreditin minimal məbləği 500 AZN, maksimal məbləği isə avtomobilin dəyərinin 75%-ini təşkil edir. Əlavə məlumatı bankın Məlumat Mərkəzinə 145 nömrəli telefon vasitəsi ilə almaq olar və ya http://www.bankofbaku.com/01credits001.php ünvanında tapmaq olar. Burada, müştərilərin rahatlığı üçün avtomobilin alınmasına dair kredit kalkulyatoru yerləşdirilib. Kalkulyatora kreditin məbləğini, illik faiz dərəcəsini və kreditin müddətini qeyd etmək kifayətdir – kalkulyator özü Sizə kredit üzrə aybaay ödəniş cədvəlini təqdim edəcək. Bank of Baku-nun məhsul portfelində avtokreditləşmə 2001-ci ildə özünə yer tapıb. Qeyd edək ki, 2009-cu ilin sonuna olan göstəricilərə görə, Bank of Baku tərəfindən verilən avtokreditlərin ümumi sayı 18 mindən çoxdur. 1994-cü ildən fəaliyyətə başlayan Bank of Baku Azərbaycanda istehlak kreditlərini tətbiq edən ilk banklardandır. Hal-hazırda bankın fəaliyyətinin 60%-ni məhz pərakəndə bankçılıq təşkil edir. Bank of Baku istehlak kreditləri proqramı çərçivəsində daim öz müştəriləri üçün avtokreditlərin verilməsi şərtlərini mükəmməlləşdirir və faiz dərəcələrini endirir. “Sizə yaxın bankçılıq” şüarı ilə ilə tanınan banka daha da yaxın olun və bizim yenilikləmiz haqqında daim xəbərdar olacaqsınız! |
|
|
|
Geri...
|
|
|
|
|
| |
 |
Valyuta kursları |
|
|
|
|
|
|
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?
|
|
|