logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Transcaucasus Development Bank
United Credit Bank
YapiKredi Bank Azerbaycan
Gunay Bank
NBC Bank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

AccessBank İdarə Heyətinin Sədri İlin Bankiri seçildi (AccessBank)
22 fevral 2010
20 fevral 2010-cu il Buta Palace-da təşkil olunmuş Azeri Business Award təntənəli mükafatlandırma mərasimində AccessBank-ın idarə heyətinin sədri cənab Endryu Pospilovski “İlin Bankiri” nominasiyasında mükafatla təltif olundu.

Azeri Business Award Milli Mükafatının Təşkilat Komitəsi AccessBank-ın idarə heyətinin sədrini mükafatlandırmaq qərarı barədə bildirdi: Böhran ili kimi səciyyələnən 2009-cu ilin əvvəlində, bazarda qüvvədə olan meyllərinin əksinə, AccessBank tək müştəri üçün nəzərdə tutulmuş kredit məbləğinin yüksək həddini 2 milyon manata qaldırdı. Dünya üzrə ən müvəffəqiyyətli bank strukturlarının belə öz fəaliyyətlərini müvəqqəti olaraq minimum həddə qədər məhdudlaşdırmağa üstünlük verdiyi dövrdə, AccessBank-ın  Azərbaycanın maliyyə bazarında öz fəaliyyətini genişləndirməyə istiqamət götürməsi diqqətə layiq bir faktdır. Eyni zamanda, AccessBank Kredit portfelinin keyfiyyətini kifayət qədər yüksək səviyyədə saxlamağa müvəffəq oldu. Beləliklə, Baş Menecer cənab Endryu Pospilovskinin rəhbərliyi altında AccessBank-ın Dünya Böhranı zamanı Azərbaycan vətəndaşlarının milli bank sektoruna etibarının artmasına əhəmiyyətli töhfəsi oldu.
 
AccessBank-ın idarə heyətinin sədri cənab Endryu Pospilovski keçən ildə bankın əldə etdiyi nəticələr və ümumi uğurda öz şəxsi payından bəhs edərək dedi: “Bankın nailiyyətləri AccessBank-ın bütün əməkdaşlarının səylə çalışmalarının nəticəsidir. O ki qaldı, mənim keçən ilin uğurundakı payıma, güman edirəm ki, bu, mənim  öz həmkarlarımın işinə müdaxiləmi mümkün qədər ixtisar etməyə çalışmağımdır. Bankın formalaşmasının ilk günlərindən etibarən biz işçi heyətimizin tədrisi və təkmilləşməsinə, aydın səlahiyyət bölgüsü və dəqiq prosedurların işlənib hazırlanmasına böyük cəhd göstəririk. Hazırda, AccessBank-da öz vəzifələrini əla yerinə yetirən mükəmməl və təcrübəli işçi heyəti formalaşıb. Məhz bunun sayəsində, bank mükəmməl nəticələrə nail olur.”

AccessBank beynəlxalq Fitch (BB+) reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank təsdiq edilmiş və 100% xarici 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.
Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!